"Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır".
Logistika şirkətinə məxsus anbarda yanğın - Nazir yanğının baş verdiyi əraziyə gəlib - VİDEO - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə "Kontakt Home" mağazalarını idarə edən "ABC Telecom" şirkəti sosial media səhifələrində məlumat paylaşıb.
"Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq",- paylaşımda deyilir.













