Bu ilin yanvar-aprel aylarında Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “Visa” ödəniş kartları vasitəsilə 166 milyon 806 min əməliyyat aparılıb
Azərbaycanda bank hesabı olanların payı 85%-ə çatdırılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, aparılan əməliyyatların həcmi 8 milyard 230 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə “Visa” ödəniş kartları ilə aparılan əməliyyatların sayı 29 milyon 192 min ədəd (21,2%), əməliyyatların həcmi 273 milyon manat (3,4%) artıb.
Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında “Visa” ödəniş kartları ilə aparılan əməliyyatların sayı 137 milyon 614 min ədəd, əməliyyatların həcmi 7 milyard 957 milyon manat olmuşdu.
Hesabat dövründə rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” ödəniş kartları vasitəsilə aparılmış əməliyyatların sayı 82 milyon 463 min ədəd, həcmi 4 milyard 579 milyon manat olub. 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə bu kartlarla aparılan əməliyyatların sayı 3 milyon 30 min ədəd (3,5%), əməliyyatların həcmi 1 milyard 82 milyon manat (19,1%) azalıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə “MasterCard” ödəniş kartları ilə aparılan əməliyyatların sayı 85 milyon 493 min ədəd, əməliyyatların həcmi 5 milyard 661 milyon manat idi.
Məlumat üçün bildirək ki, bu ilin ilk dörd ayında ölkədə rezident maliyyə institutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsilə 249 milyon 358 min ədəd əməliyyat aparılıb ki, bunun da həcmi 12 milyard 898 min manat təşkil edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26 milyon 171 min ədəd (11,7%) artım və 791 milyon manat (5,8%) azalma deməkdir. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında bu rəqəmlər müvafiq olaraq 223 milyon 187 min ədəd və 13 milyard 689 milyon manat təşkil etmişdi.














