Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib.
Logistika şirkətinə məxsus anbarda yanğın - Nazir yanğının baş verdiyi əraziyə gəlib - VİDEO - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə şirkət özü bildirib.
Bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.
“Komandamız əməliyyatların mümkün olan ən qısa zamanda bərpası üçün çalışır. Bütün yenilikləri sizinlə paylaşacağıq. Anlayışınız və səbriniz üçün təşəkkür edirik.” – Birmarket bəyan edib.













