Hadisə

Pul Aləmzara verilib – BAĞÇA MÜDİRİ

Pul Aləmzara verilib – BAĞÇA MÜDİRİ | FED.az
19:52 3 Dek 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
ELƏCƏ DƏ BAX: Bakıda 100 nəfərin kartından 85000 manat oğurlayan şəxs həbs olundu
 
FED.az-ın  məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Şəhla Heydərova deyib ki, işə düzəlmək üçün Tərlan Bağırovaya 4 min manat verib, lakin hələ də ona dəyən ziyan ödənilməyib.
 
Təqsirləndirilən Aləmzar Əliyeva zərərçəkmişə sual vermək istəyərkən digər təqsirləndirilən Tərlan Bağırova ona mane olub. T. Bağırova iddia edib ki, pul ona yox, Aləmzara verilib. A.Əliyeva isə bunu inkar edib və zərərçəkmişdən pul almadığını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hakim tərəfləri sakitləşdirib.
 
Proses dekabrın 10-da davam etdiriləcək.
 
İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
 
Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.
 
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.
 

Digər xəbərlər