Hadisə

Müsadirə edilən siqaretlər hara gedir?  - GÖMRÜKDƏN AÇIQLAMA

Müsadirə edilən siqaretlər hara gedir?  - GÖMRÜKDƏN AÇIQLAMA | FED.az
20:48 5 Dek 2018

Gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir.
 
ELƏCƏ DƏ BAX: Lazer aparatı üçün 121 min alıb – HÖKM
 
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, dekabrın 5-də sosial şəbəkələr vasitəsilə yayılan videoda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb:
 
"Videonu lentə alan və yayımlayan şəxs siqaret qutusunun aksiz markasının “GU” hərflərindən ibarət seriyasındakı G hərfinin gömrük mənasını verdiyini iddia edir və müsadirə edilən siqaretin guya gömrük orqanları tərəfindən qeyri-qanuni yolla satışının təşkil olunduğuna eyham vurur.
 
DGK bildirir ki, videoda əks olunan siqaret qutusunun üzərindəki “G” hərfi “gömrük” mənasını vermir və aksiz markasının seriyasıdır. Üstəlik bu Azərbaycan əlifbasindakı hərflərdən hər hansı biri də ola bilər".

Digər xəbərlər