Banner

Hadisə

Ebru Gündeşin adıyla 200 min dollar almışdı – HÖKM OXUNDU

Ebru Gündeşin adıyla 200 min dollar almışdı – HÖKM OXUNDU | FED.az
20:16 18 Fev 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində Sıla və Ebru Gündeşi Bakıya gətirmək adı ilə 200 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadəyə hökm oxunub.
 
FED.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə T. Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
ELƏCƏ DƏ BAX: Ebru Gündeşin adıyla 200 min dollar pul alıb – MƏHKƏMƏ İŞİ

İttihama görə, T.Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verəcəklərini vəd edərək onlardan 200 min dollar alıb. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb.
 
Zərərçəkmişlərdən biri də iş adamı Rövşən Hacıyevdir. Onun işçisi Əli Vəliyev iş adamı ilə T.Vəlizadə arasında vasitəçi olub və müdirindən 140 min dollar alaraq Turala verib.
 
T.Vəlizadə isə dələduzluq etmədiyini, sadəcə borc pul aldığını deyib. Həm də 140 min yox, 120 min dollar aldığını qeyd edib.

Digər xəbərlər

Banner