Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Maldiv adaları yaxınlığında Hind okeanına düşüb. FED.az xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında - Bakı vaxtı ilə 6.24-də orbitdən endirilib.
Qeyd edək ki, CZ-5B raket daşıyıcısı aprelin 29-da havaya qaldırılmışdı və Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmalı idi. Nəzarətdən çıxdığına görə, raketin insanların yaşayacağı bir neçə əraziyə düşə biləcəyi ehtimal olunurdu.