Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
ELƏCƏ DƏ BAX: Ədliyyə Nazirliyinin eksperti həbs edildi
Məhkəmənin hökmü ilə A.Mahmudov 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, A.Mahmudov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində işləyərkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2- ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Bankın dələduzluqda təqsirləndirilən departament müdirinə - HÖKM OXUNDU

19:14
26 Noy 2018