Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S. Sadıqov 4 il 6 ay azadlıqdan məhrum edilib.
Eləcə də bax: DİN-in yüksək vəzifəli şəxsləri həbs edildi
S.Sadıqov Daxili İşlər Nazirliyinin Metroda Polis Şöbəsinin əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə avtomobil dövlət qeydiyyat nişanı alacağı vədi versə də, sonradan vədinə əməl etməyib. Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.