ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. FED.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Eləcə də bax: ABŞ İranda kimlərə sanksiya qoyub? - ADLAR - TAM SİYAHI
“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.
Eləcə də bax: Bakıdakı İran bankı: «Çalışırıq dollardan istifadə etməyək» - MÜSAHİBƏ
Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad “Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.
Eləcə də bax: Azərbaycanlılar İranı daşıyırlar – SƏRHƏDƏ AXIN BAŞLAYIB