Banner

Hadisə

450 min dollarlıq dələduzluq – HÖKM OXUNDU

450 min dollarlıq dələduzluq – HÖKM OXUNDU | FED.az
20:46 1 Fev 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində 450 min dollarlıq dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
FED.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
ELƏCƏ DƏ BAX: “Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı
 
Məhkəmənin hökmü ilə B.Babayev 9 il azadlıqdan məhrum edilib.
 
İttihama görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyev qarşı ümumilikdə 450 min dollarlıq dələduzluq edib. O, həmin şəxslərə istilik sistemlərinin satışı ilə məşğul olacağını, əldə ediləcək qazancdan onlara da pul verəcəyini vəd edib. Onların etibarını qazanmaq üçün bir neçə mağaza da göstərərək özünün olduğunu, bizneslə məşğul olduğunu söyləyib. Lakin B.Babayev qısa bir müddət pul aldığı şəxslərə müəyyən qədər vəsait versə də, sonradan vədinə əməl etməyib. Qeyd edək ki, B.Babayev məhkəmənin hazırlıq iclasında həbs edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib.

Digər xəbərlər

Banner