Banner

Hadisə

  “Beynəlxalq Bank”ın sabiq əməkdaşına - HÖKM OXUNDU

 
“Beynəlxalq Bank”ın sabiq əməkdaşına - HÖKM OXUNDU | FED.az
20:34 12 Noy 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
ELƏCƏ DƏ BAX: Cahangir Hacıyevin təcridxanada qalacaq - MÜDDƏTİ ARTIRILDI
 
FED.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə R.Muradov 8 il və A.Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi R.Muradovla dostu A.Vəliyev, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunurlar.
 
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.
 

 

Digər xəbərlər

Banner