Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycana 4 milyard 515 milyon dollar dəyərində 44 min 441 kq işlənməmiş və ya yarım emal olunmuş formada qızıl idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyard 392 milyon dollar və ya 2,1 dəfədən çox, miqdar ifadəsilə isə 17 min 265 kq, başqa sözlə 63,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 2 milyard 123 milyon dollar dəyərində 27 min 176 kq qızıl idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 101 min 600 dollar (təxminən 172,7 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 78 min 115 dollar (təxminən 132,8 min manat) idi. Bu da illik müqayisədə 23 min 485 dollar (40 min manata yaxın) və ya 30,1% bahalaşma deməkdir.
Hesabat dövründə idxalın coğrafiyasında ciddi dəyişikliklər baş verib. Bu il əsas tədarükçülər Avstraliya (760 milyon dollar), Rusiya (657 milyon dollar), Böyük Britaniya (481 milyon dollar), ABŞ (459 milyon dollar) və İsveçrə (396 milyon dollar) olub.
Ötən illə müqayisədə bəzi ölkələrdən idxal kəskin artıb:
Rusiyadan qızıl idxalı dəyərcə 496 milyon dollar və ya 4,1 dəfə artaraq 161 milyon dollardan 657 milyon dollara çatıb. miqdar ifadəsilə isə 4 min 799 kq, başqa sözlə 3,4 dəfə artıb. Bu ilin ilk 10 ayının nəticələrinə görə Rusiyadan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 96 min 815 dollar (təxminən 164,6 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 80 min 918 dollar (təxminən 137,6 min manat) idi. Bu da illik müqayisədə 15 min 897 dollar (27 min manat) və ya 19,6% bahalaşma deməkdir.
İsveçrədən idxal 245,5 milyon dollar və ya 2,6 dəfə artaraq 151 milyon dollardan 396 milyon dollara yüksəlib. İsveçrədən idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 114 min 752 dollar (təxminən 195 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 76 min 242 dollar (təxminən 129,6 min manat) idi. Bu da illik müqayisədə 38 min 510 dollar (65,5 min manat) və ya 50,5% bahalaşma deməkdir.
Qazaxıstandan idxal 93 milyon dollar və ya 55% artaraq 169 milyon dollardan 262 milyon dollara çatıb.
Miqdar ifadəsilə isə 637 kq, başqa sözlə 33,2% artım qeydə alınıb.Qazaxıstandan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 102 min 538 dollar (təxminən 174,3 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 88 min 93 dollar (təxminən 149,8 min manat) idi. Bu da illik müqayisədə 14 min 445 dollar (24,5 min manat) və ya 16,4% bahalaşma deməkdir.
Bunun əksinə olaraq, ötən ilin əsas tədarükçüsü olan Avstraliyadan idxal 266 milyon dollar və ya 26% azalaraq 1 milyard 26 milyon dollardan 760 milyon dollara enib. Miqdar ifadəsilə isə 6 min 148 kq, başqa sözlə 46,4% azdır. Avstraliyadan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 107 min dollar (təxminən 182 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 77 min 428 dollar (təxminən 131,6 min manat) idi. Bu da illik müqayisədə 29 min 572 dollar (50 min manatdan çox) və ya 38,2% bahalaşma deməkdir.
ABŞ-dan idxal isə 5,4 milyon dollar və ya 1,2% azalaraq demək olar ki, sabit qalıb (464 milyon dollardan 459 milyon dollara enib). Miqdar ifadəsilə 1 min 495 kq, başqa sözlə 25,1% azalma baş verib.ABŞ-dan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 103 min 43 dollar (təxminən 175,2 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 78 min 58 dollar (təxminən 132,7 min manat) idi. Bu da illik müqayisədə 24 min 985 dollar (42,5 min manat) və ya 31,6% bahalaşma deməkdir.
Kanadadan qızıl idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 18 milyon 258 min dollar və ya 12,1%, miqdar ifadəsilə isə 624 kq, başqa sözlə 30,8% azdır.Kanadadan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 94 min 579 dollar (təxminən 160,8 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 74 min 432 dollar (təxminən 126,5 min manat) idi. Bu da illik müqayisədə 20 min 147 dollar (34,2 min manat) və ya 27,1% bahalaşma deməkdir.
Ən diqqət çəkən məqamlardan biri isə ötən il tədarükçülər arasında olmayan Böyük Britaniyanın bu il 481 milyon dollarla ilk beşliyə daxil olmasıdır. Həmçinin, bu il tədarükçülər siyahısına Braziliya (95 milyon dollar), Cənubi Afrika Respublikası (267 milyon dollar), Çin (110 milyon dollar) kimi yeni ölkələr də əlavə olunub. Ötən il siyahıda olan Birləşmiş Ərəb Əmirliklərindən isə bu il qızıl idxal edilməyib.










