Bu ilin yanvar-aprel aylarında bir sıra özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım müşahidə olunub.
İxrac gəlirləri ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilib.
1-ci qızıl, 2-ci pambıq, 3-cü mis – Ən çox valyuta gətirən məhsullar – TAM SİYAHI
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkət “PRIME LM” MMC olub. Belə ki, şirkət cari ilin ilk dörd ayında 12,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. 2025-ci ilin eyni dövründə şirkətin ixracdan gəlirləri olmayıb.
İxrac gəlirləri ən çox artan digər şirkətlər “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC olub. Bu şirkətlərin ixrac gəlirləri illik müqayisədə 4,3 dəfə artıb
İxracdan əldə etdiyi gəlirlərində artımın nisətən az olduğu şirkət isə "KHAN-EL" MMC olub. Şirkətin ixrac gəlirləri illik müqayisədə 2,1 milyon ABŞ dolları və ya 21,6% artıb.
Qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlər daha ətraflı:
|
S/N |
Şirkətin adı |
İxrac gəlirləri yanvar-aprel, 2025 (Min ABŞ dolları) |
İxrac gəlirləri yanvar-aprel, 2026 (Min ABŞ dolları) |
İxrac gəlirlərinin dinamikası |
|
||
|
Mütləq |
% / dəfə |
||||||
|
1 |
“PRIME LM” MMC |
0 |
12 800 |
12 800 |
100% |
||
|
2 |
“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi |
27 900 |
121 100 |
93 200 |
4,3 dəfə |
||
|
3 |
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC |
9 200 |
37 300 |
30 530 |
4,3 dəfə |
||
|
4 |
"AGRARCO" MMC |
6 800 |
29 000 |
22 200 |
4,2 dəfə |
||
|
5 |
"Baku Steel Company" QSC |
16 700 |
28 800 |
12 100 |
72,50% |
||
|
6 |
"Prime Cotton” MMC |
39 400 |
64 300 |
24 900 |
63,20% |
||
|
7 |
"P-AQRO" MMC |
11 700 |
18 900 |
7 200 |
61,50% |
||
|
8 |
"TABATERRA" MMC |
9 400 |
15 100 |
5 700 |
60,60% |
||
|
9 |
“MORS TRADING" MMC |
7 900 |
10 800 |
2 900 |
36,70% |
||
|
10 |
"KHAN-EL" MMC |
9 700 |
11 800 |
2 100 |
21,60% |
||













