Azərbaycan neft ixracının son beş ildəki vəziyyəti məlum olub.
FED.az Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycan xarici ölkələrə 29 min tondan çox neft ixrac edib. Son iki ildə isə ixrac tepi zəifləyərək 2021-ci ildə 27.1 min tona, 2022-ci ildə isə 26 min tona düşüb. 2023-cü ildə 23 tonluq cüzi artımdan sonra 2024-cü ilin sonunda 2,5 mn ton azalma ilə təxminən 23,4 min tona düşüb.
İllər |
İxrac (ton) |
İllik müqayisə (ton) |
İllik müqayisə (%) |
2020 |
29 023 |
||
2021 |
27 116 |
-1 907 |
-6,6% |
2022 |
26 024 |
-1 092 |
-4,0% |
2023 |
26 047 |
23 |
0,1% |
2024 |
23 596 |
-2 451 |
-9,4% |
Azərbaycanın neft ixracından qazancı ilk 3 il ərzində artım tempi nümayiş etdirib. Belə ki, 2020-ci ildə Azərbaycan neft ixracından təqribən 9,4 milyard dollar qazanc götürmüşdüsə 2021-ci ildə 3,85 milyard dollard manat (41,2%) artımla 13,2 milyard dollara yüksəlib.
2022-ci ildə artım sürəti bir qədər də sürətlənərək (6,3 milyard dollar və ya 47,4%) 19,5 milyard dollara çatıb.
Lakin 2023 və 2024-cü ildə neft ixracından qazanclar azalmağa başlayır. Belə ki, 2023-cü ildə 2022-ci ilə nisbətən 3,2 milyard dollar (16,6%), 2024-cü ildə isə 2023-cü ilə nisbətən 1,8 milyard dollar (11,1%) azalma baş verib.Ötən ilin sonuna neft ixracından qazanclar 14,4 milyard dollar olub.
Belə ki,
İllər |
İxrac (dollar) |
İllik müqayisə (dollar) |
İllik müqayisə (%) |
2020 |
9 363 571 |
||
2021 |
13 218 922 |
3 855 351 |
41,2% |
2022 |
19 483 624 |
6 264 702 |
47,4% |
2023 |
16 240 830 |
-3 242 794 |
-16,6% |
2024 |
14 437 356 |
-1 803 474 |
-11,1% |
Xaricə ixrac edilmiş neftin 1 tonunun orta ixrac qiyməti 548 manat olub. 2021-ci ildə illik 280 manat artımla 829, 2022-ci ildə isə 444 manat artımla 1 273 manata bərabər olub. Növbəti 2 ildə isə ucuzlaşma tendensiyası müşahidə edilməkdədir. Belə ki, 2023-cü ildə 1 ton neftin orta ixrac qiyməti 2022-ci ilə nəzərən 213 manat az olmaqla 1 060, 2024-cü ildə isə 20 manat azalmaqla 1 040 manata bərabər olub.
İllər |
İxrac (ton) |
İxrac (min dollar) |
1 ton orta ixrac qiyməti manat |
Qiymətlərin müqayisəsi (manat) |
Qiymətlərin müqayisəsi (%) |
2020 |
29 023 |
9 363 571 |
548₼ |
||
2021 |
27 116 |
13 218 922 |
829₼ |
280₼ |
51% |
2022 |
26 024 |
19 483 624 |
1 273₼ |
444₼ |
54% |
2023 |
26 047 |
16 240 830 |
1 060₼ |
-213₼ |
-17% |
2024 |
23 596 |
14 437 356 |
1 040₼ |
-20₼ |
-2% |