SOCAR Türkiyə İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib.
SOCAR İsrailə neft satmır, şirkətin Türkiyə ofisinə hücumun detalları - bəlli olub
FED.az xəbər verir ki, şirkət bu barədə ittihamları əsassız adlandırıb.
“Son vaxtlar regionda baş verən geosiyasi dəyişikliklər fonunda SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir bəzi təxribatçılar tərəfindən həm sosial şəbəkələr üzərindən, həm də fiziki hərəkətlərlə hücuma məruz qalıb. Bu təxribatçı qruplar guya İsrailə xam neft satdığıma dair əsassız ittihamlar irəli sürərək sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edir, eyni zamanda, şirkət binasına, əməkdaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyaraq hücumlar edirlər. İstanbuldakı Baş ofisimizə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı "Bursagaz" ofis binamıza 24 may tarixində həyata keçirilən və şiddət səviyyəsi artan təxribatçı hərəkətlərin davam etdirilməsi şirkətimizin işçilərinin həyat təhlükəsizliyi üçün təhlükə yaradır”.