Azərbaycan prezidenti İlham Əliyev "Signify" (əvvəlki adı "Philips Lighting") şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edib və həmçinin Qarabağda azad olunmuş ərazilərdə yeni layihələrin reallaşdrılmasında maraqlı olduğunu bildirib.
FED.az xəbər verir ki, president İlham Əliyev cümə axşamı "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolatı videoformatda qəbul edib.
Xüsusilə, prezident Azərbyacanın 3 şəhərində - Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsinin reallaşdırılmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, bu layihələrin icrası elektrik enerjisinin qənaətinə gətirib.
Öz növbəsində, Rondolat qeyd edib ki, Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacaq. O həmçinin əlavə edib ki, şirkət Azərbaycanda yeni layihələrin icrasında maraqlıdır. Xüsusilə, işğaldan azad olunmuş ərazilərin inkişafına toxunub.
Azad olunan ərazilərdə layihələrə toxunan Əliyev vurğulayıb ki, Azərbaycan Qarabağda çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırır.
“Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq”, - Əliyev vurğulayıb. (İnterfaks)