Dünya birjalarında neft qiymətləri artıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,35 dollar artaraq 77,94 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar artaraq 72,63 dollar təşkil edib.