Bu ilin may ayının sonunda Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan kredit kartlarının sayı 2 milyon 64 min ədəd olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 min ədəd və ya 2,5% azdır. Belə ki, 2025-ci ilin may ayının sonunda dövriyyədə olan kredit kartlarının sayı 2 milyon 117 min ədəd idi.
Qeyd edək ki, may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12% artıb.
Artım, depozit kartlarının hesabınadır – belə ki, bir əvvəllə müqayisədə debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 3% azalıb.














