2021-ci ilin birinci rübü ərzində Azərbaycan 6 milyard 165 milyon 450,44 min kubmetr bəyan edilmiş qaz ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4 dəfə çoxdur.
Eləcə də bax: Bu il Azərbaycan təbii qaz ixracından qazancını - 5 Dəfədən Çox Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2021-ci ilin yanvar-mart aylarında respublikadan $867 milyon 67,72 min dəyərində bəyan olunmuş qaz ixrac edilib (artım 5,4 dəfə). Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 20,95%-i qaz ixracının payına düşüb”, - Komitədən bildirilir.
Məlumata görə, 2021-ci ilin birinci rübündə qaz ixracının ümumi həcmində Türkiyəyə $548 milyon 955,64 min məbləğində 4 milyard 118 milyon 611,23 min kubmetr, Gürcüstana - $203 milyon 954,3 min məbləğində 1 milyard 494 milyon 258,33 min kubmetr tədarük olunub.
2021-ci ilin yanvar-mart aylarında İtaliyaya $89 milyon 911,14 min məbləğində 435 milyon 14,35 min kubmetr, Yunanıstana $16 milyon 212,32 min məbləğində 57 milyon 848,05 min kubmetr, Bolqarıstana $8 milyon 34,33 min məbləğində 59 milyon 718,48 min kubmetr qaz tədarük olunub.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz tədarükünə başlayıb. (İnterfaks)