Gürcüstan 2023-cü ildə Azərbaycandan 2,254 milyon ton təbii qaz (təxminən 2,9 milyard kubmetr) idxal edib ki, bu da 2022-ci illə müqayisədə 0,2% azdır.
Gürcüstana lazım olan qazın 90 faizdən çoxunu - AZƏRBAYCANDAN ALACAQ
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.
Ötən il Azərbaycandan $314 milyon dəyərində (azalma 9,2%) 1,84 milyon ton qaz (azalma 4%) idxal edilib. Rusiyadan təbii qaz idxalı 16,5% - 486 min tona qədər, dəyər ifadəsində isə 18% - $131 milyon tona qədər artıb.
İrandan qaz idxalı dəyər ifadəsində 4 dəfə artaraq $142 minə çatıb.
Təbii qaz idxalının strukturunda Azərbaycanın payı 2022-ci ildəki 81,6%-dən 78,5%-ə qədər azalıb, Rusiyanın payı 18,5%-dən 21,5%-ə yüksəlib, İranın payı isə 0,003% təşkil edib.
Gürcüstan İqtisadiyyat Nazirliyinin şərhində bildirilir ki, Rusiyadan qaz idxalının artması Azərbaycandan maksimum texniki tədarük limitinin istifadə edilməsi ilə əlaqədardır. Artan tələb və bütövlükdə sistem Rusiya qazının idxalı hesabına tarazlaşdırılıb. Bundan başqa, idxal kommersiya məqsədəuyğunluğuna müvafiq olaraq həyata keçirilib və sistemə sabit və davamlı tədarükün təmin edilməsinə xidmət edib. (İnterfaks-Azərbaycan)