Gürcüstanın təbii qaz balansına dair məlumatlarına əsasən, 2024-cü ildə 3,217 milyard kubmetr qaz idxalı planlaşdırılır ki, bunun 3,017 milyard kubmetri Azərbaycandan idxal olunacaq.
Türkmənistan qazının İran vasitəsilə Azərbaycana svop edilməsi dayanıb
FED.az xəbər verir ki, 2023-cü ildə Azərbaycandan Gürcüstana qaz tədarüklərinin həcmi 2,858 milyard kubmetr səviyyəsində proqnozlaşdırılırdı.
Bu il üçün Gürcüstanın təbii qaz balansı 3,231 milyard kubmetr olaraq qiymətləndirilir, üstəlik, bu həcmin 99,6 faizi idxalın payına düşür.
Həmçinin, Rusiyadan 200 milyon kubmetr qazın idxalı nəzərdə tutulur.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Gürcüstana 2,5 milyard kubmetr qaz ixrac olunub ki, bu da 2022-ci ilin analoji dövrü (2,2 milyard kubmetr) ilə müqayisədə 13,6 faiz çoxdur. (Trend)