2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 345 milyon dollar dəyərində 2 milyard 218 milyon kub metr həcmində təbii qaz idxal edib.
Azərbaycan ötən il 24 milyard kubmetrə yaxın qaz - İXRAC EDİB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qazın idxalı məbləğ baxımından 253 milyon dollar, miqdar baxımından isə 1 milyard 449 milyon kub metr çoxdur.
Başqa sözlə, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin eyni dövründə xaricdən qaz alışı məbləğ ifadəsində 3,8 dəfə, miqdar ifadəsində isə 2,9 dəfə artıb.
Xatırladaq ki, 2022-ci il ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 92 milyon dollarlıq 768 milyon kub metr təbii qaz idxal etmişdi.
2023-cü ildə xaricdən alınan qazın hər min kubmetri 155 dollara başa gəlib. 2022-ci ildə bu rəqəm 119 dollar idi.
Həmin dövrdə - 2023-cü ilin yanvar noyabrında Azərbaycan xarici ölkələrə 12 milyard 776 milyon dollarlıq 24,4 milyard kub təbii qaz ixrac edib.
2022-ci ilin eyni dövrü ilə qazın ixcracı həcm baxımından 5,7 milyard kubmetr artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabrında xaricə 18,6 milyard kubmetr qaz satılmışdı.
Amma qazın ixracının həcmlə artmasına baxmayaraq ondan əldə edilən gəlirlər 2 milyard dollar azalıb. Belə ki, 2022-ci ilin yanvar-noyabrında ixrac edilən qaza görə ölkəyə 14,8 milyard dollar vəsait daxil olmuşdu.
Azalmanın səbəbi Azərbaycanın xaricə satdığı qazın qiymətinin azalması ilə bağlıdır -–belə ki, 2022-ci ildə Azərbaycan qazı xaricə 794 dollara satılırdısa, 2023-cü ildə bu rəqəm 270 dollar və ya 34% azalaraq 524 dollara düşüb.