2022-ci ildə Azərbaycanda neft-qaz hasilatına ümumi investisiya qoyuluşu 4 milyard 518 milyon 146,5 min manat (cari məzənnə ilə $2,657 milyard) təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 4,4% azdır.
"Şahdəniz"dən indiyədək 200 milyard kubmetr - QAZ HASİL OLUNUB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İnvestisiyaların strukturunda dövlət sektorunun payı 503 milyon 887,2 min manat, özəl sektorun payı 4 milyard 14 milyon 259,3 min manat təşkil edib.
2022-ci ildə Azərbaycanda neft-qaz hasilatına investisiya qoyuluşunun 2 milyard 827,236 milyon manatı xarici investisiyaların (azalma 8,3%), 1 milyard 690,91 milyon manatı daxili investisiyaların (artım 2,7%) payına düşüb.
Hesabat dövründə neft və qaz hasilatı sahəsinə investisiyaların xüsusi çəkisi sənaye sektoruna investisiyaların 63%-ni və mədən sənayesinə investisiyaların 90,7%-ni təşkil edib.
2022-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində əsas kapitala investisiya qoyuluşu 557 milyon 111,5 min manat (2021-ci illə müqayisədə azalma 48,5%) təşkil edib. İnvestisiyaların 556 milyon 969,5 min manatı dövlət sektorunun (azalma 48,5%), 142 min manatı özəl sektorun (azalma 42,2%) payına düşüb.
2022-ci ildə Azərbaycanın neft-qaz sektoruna investisiya qoyuluşunun ümumi həcmi 5 milyard 464 milyon 883,7 manat (cari məzənnə ilə $3,2 milyard – İF) təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 6% azdır. (İnterfaks-Azərbaycan)