Bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək
FED.az Bakucity.az-a istinadən xəbər verir ki, Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib müvafiq qurumların artıq indidən Azərbaycanda sərt qışa hazırlaşmalı olduqlarını deyib. Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək.
“Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, - deyə ekoloq qeyd edib. Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib:
Eləcə də bax: 10 dollar yatırıb 8300 dollar qazanmaq olarmış – KƏSKİN BAHALAŞMA
“110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”, - deyə ekoloq vurğulayıb. Oxu.az-ın məlumatında deyilir.
Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.