Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Daşkəsən rayonunun Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, 3 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
ELƏCƏ DƏ BAX: Prezident Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırdı – SƏRƏNCAM
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yol tikintisinə 13,3 milyon ayrıldı – SƏRƏNCAM
18:34
24 Okt 2018