Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən müəyyən edilib ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Nazirlər Kabinetinə:
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin nizamnaməsinin təsdiqi və Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
Dövlət Turizm Agentliyinə:
- “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Yeni qurum yaradıldı – FƏRMAN
19:39
20 Dek 2018