Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib.
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Yeni idarəetmə birliyi yaradılır – XƏSTƏXANALAR TABELİYİNƏ VERİLƏCƏK
Vergilər Nazirliyinin hüquqarı sırasına
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;
- Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək daxil edilib.
Fərmana əsasən Maliyyə Nazirliyinin aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək və “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək səlahiyyəti isə ləğv edilib.
Vergilər Nazirliyinin səlahiyyətləri - ARTIRILDI
20:17
20 Dek 2018