Son günlər kütləvi informasiya vasitələrində vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsində nəzərdə tutulan bəzi müddəaların şərhi zamanı müəyyən suallar ortaya çıxmışdır. Bu xüsusilə, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərlə bağlıdır. Nazirlikdən FED.az-a verilən məlumata görə, KİV-dən daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bildiririk ki, qanunvericilik layihəsində mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərin sosial sığorta haqlarının aşağıdakı qaydada tutulması təklif edilib:
Mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslər üzrə:
gəlirlərindən ödəmə mənbəyində 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutulacaq.
Vergi orqanlarına uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməmişdir.
Sosial sığorta haqlarının bu qaydada tutulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilmir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə:
sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları hesablanması nəzərdə tutulub.
Bu kateqoriyaya vergi orqanlarında uçota duraraq sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyiciləri aiddir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər mülki-hüquqi xarakterli müqavilələr əsasında fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq onların sosial sığorta haqları üzrə öhdəlikləri minimum əmək haqqının faiz nisbəti ilə müəyyən edilir.
Vergilər Nazirliyindən "xidməti müqavilə" barədə - RƏSMİ AÇIQLAMA
17:50
27 Noy 2018