2019-cu ildə vergi və gömrük xidmətləri büdcəyə nəzərdə tutulandan artıq vəsait toplayıblar.
FED.az xəbər verir ki, bu ğarədə prezident İlham Əliyev Yeni İl münasibətilə Bayram Təbrikində bildirib.
Eləcə də bax: Prezident xalqı təbrik edir - CANLI YAYIM - TAM MƏTN
Dövlət başçısı bildirib:
«Şəffaflıq baxımından bu il çox uğurlu il olmuşdur. Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, - əminəm, bu meyil gələn il də müşahidə olunacaq, - biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək».
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hələ ilk 11 ayın sonunda büdcədə 956 milyon manat artıq vəsait toplanmışdı.