FED.az saytıl Tovuz rayonuna yeni təyin olunan icra başçısı ilə bağlı məlumat əldə edib.
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün təyin olunan Məmməd Cahangir oğlu Məmmədov Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. O, uzun müddət bitkilər üçün kimyəvi dərmanlar biznesi ilə məşğul olub.
Əldə etdiyimiz məlumata görə, yeni icra başçısı «Azmelsutəsərrüfat» ASC-nin aparat rəhbəri Məmmədov Cahan Cahangir oğlunun qardaşıdır.
Qeyd edək ki, bu gün ölkə başçısının sərəncamı Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, işdən çıxarılan Tofiq Zeynalov Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun qardaşıdır.
Cahan Məmmədov