GİRİŞ: Hazırda Azərbaycan dövlətİ yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən, xalqın sosial təminatının möhkəmlənməsinə, maddi rifah halının yüksəkdilməsinə, qeyri-neft sektorunun konseptual olaraq inişafının təmin edilməsinə, şəhər və rayonlarımızda turizmin daha geniş miqyaslı formada inkişafına xidmət edən islahatlar həyata keçirilir. İslahatlar kursuna uyğun olaraq gənclərin önə çəkilməsi, onların bilik və bacarıqlarından daha səmərəli formada istifadə edilməsi bir gənc olaraq, bizi də sevindirir. İslahatların həyata keçirilməsi üçün hüquqi baza yaradan Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi aparılan dinamik və uğurlu ishalatların tərkib hissəsidir. Mənim bu seçkilərdəki iştirakımın əsas səbəbi Milli Məclisin üzvü kimi sosial-iqtisadi həyatın bütün sahələrinə, xüsusilə, turizmin gələcək inkişafına öz töhfələrimi vermək, millət vəkili seçiləcəyim ərazinin problemlərinin həllinə səlahiyyətlərim çərçivəsində nail olmaqdır. Hesab edirəm ki, gələcəyimizin qarantı olan gənclər bu işlərin həyata keçirilməsində daha prinsipal ola bilərlər. Biz, GƏNCLİK, İNKİŞAF, SÜRƏT, DİNAMİKLİK, SƏMİMİYYƏT, DAİMİ ÜNSİYYƏT, DOSTLUQ deyirik! Düşünürəm ki, ciddi uğurlarla bərabər Gəncədə həll edilməsi vacib olan məsələlər, problemlər də vardır. Məsələn, Gəncənin turizm potensialından tam şəkildə istifadə edilmir, şəhərə turistlərin sistemli və kütləvi halda gəlməsində ciddi problemlər var. Bu isə, itirilən milyardlar deməkdir. Gəncəmizdə daha ciddi sosial-iqtisadi layihələr icra etmək üçün birlikdə olaq, birlikdə addımlayaq!
Seçicilər mənə etimad göstərib millət vəkili seçərlərsə, səlahiyyətlərim çərçivəsində aşağıdakı məsələlərin həll olunması üçün əlimdən gələni edəcəyəm:
TURİZM sahəsində: Gəncə qədim tarixi olan şəhərdir, Şərqin mədəniyyət beşiyidir. Gəncə təbii irsi ilə şöhrət qazanıb, bu da şəhəri Azərbaycanın ən böyük turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər. Şəhərimizdə turistlər üçün gəzməli, görməli olan zəngin tarixi abidələrimiz, əsrləri özündə yaşadan mədəniyyət nümunələrimiz, bütün dünya mədəniyyətinə işıq saçan tarixi dəyərlərimiz vardır. Şəhərdəki tarixi hamamlar, komplekslər, qədim tarixi olan emalatxanalar, əsrlərlə yaşı olan bağlar, Gəncə təamları turizm üçün misilsiz nümunələrdir. Biz istəyirik ki, Azərbaycana turist axınının ən azı 5-də 1-i Gəncənin payına düşsün. Əgər belə olarsa, bu həm də Gəncəyə milyardlarla pul vəsaitinin daxil olması deməkdir. Əgər bu pul vəsaiti Gəncəyə daxil olarsa, şəhərimizdə iaşə müəssisələrinin, taksi sürücülərinin, tərcüməçilərin, restoranların, mağazaların, otellərin və s. daha çox qazanması deməkdir. Bunların daha çox qazanması isə bu sahədə çalışan şəxslərin gəlirlərinin, maaşlarının artması, yeni iş yerlərinin açılması deməkdir.
1. Turizmin inkişafı üçün yeni investorların Gəncəyə cəlb edilməsinə çalışacağam. Bu, yeni iş yerlərinin, otellərin, turizm mərkəzlərinin, ticarət, istirahət və əyləncə mərkəzlərinin yaradılması deməkdir
2. Turistlərin Gəncəyə cəlb edilməsi üçün bütün inzibati və digər resurslardan istifadə etməyə çalışacağam
3.Turstlərin cəlb edilməsi məqsədilə digər rayon və şəhərlərdə Gəncənin tarixi abidələrinin, adət və ənənələrinin təbliğinin təşkilinə çalışacağam
4.Gənclərimizlə turistlərin daha səmimi ünsiyyətinin yaradılmasına çalışacağam. Turistlər artdıqca gənclərimiz arasında xarici dilləri bilmək zərurəti yaranacaq, bu amil gənclərimizin rus və ingilis dillərini öyrənməsinə gətirib çıxaracaq. Bu, daha sonrakı mərhələdə gənclərimizin böyük şirkətlərdə, müxtəlif qurumlarda yüksək maaşla işləməsi deməkdir.
5.Turstləri cəlb etmək üçün müxtəlif festivalların təşkilinə çalışacağam
Təmirə ehtiyacı olan abidələrimizi, mərkəzlərimizi, məktəblərimizi, yollarımızı da daim diqqətdə saxlayacaq, müvafiq dövlət qurumlarının bu problemləri tez bir zamanda həll etməsi üçün bütün zəruri addımları atacağam
SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ:
- Ay ərzində 2 dəfədən az olmayaraq Gəncə şəhərində seçicilərlə görüşlərin keçirilməsi, hər bir seçicinin probleminin qeydiyyata alınaraq növbəti görüşə qədər həll olunmasına nail olmaq;
- Daimi deputat qərargahının yaradılması;
- Seçicilərlə hər görüşdə əvvəlki görüşlərin hesabatlılığının təmin edilməsi;
- Hər bir seçici ilə “Xahiş yox, tələb edin!” devizi altında işləmək;
- “Bizi axtarmayın, biz sizin yanınıza gələcəyik” şüarını əsas tutaraq 2 aydan bir Gəncə şəhərində yaşlı, fiziki qüsurlu, əlil seçiciləri evlərində ziyarət etmək;
- Seçicilərin sosial təminat, kommunal, məhkəmə məsələlərini daim diqqət mərkəzində saxlamaq;
QANUNVERİCİLİK SAHƏSİNDƏ:
- Tam hüquqi bazaya malik, müxtəlif sahələri əhatə edən qanun layihələrinin qəbulu ilə bağlı çıxışlar etmək, təşəbbüs göstərmək;
- Azərbaycanda islahatların daha da dərinləşməsini səciyyələndirən yeni qanun layihələrinin qəbulu ilə bağlı təşəbbüs irəli sürmək;
- Cəmiyyətin sosial-iqtisadi həyatının bütün sektorlarını əhatə edən dinamik və işlək mexanizmlərə malik olan qanun layihələrinin hazırlanması;
- Cəmiyyətin bütün təbəqələrinin maddi rifah halının yüksəkməsinə hesablanmış yeni qanunların hazırlanmasında, qəbulunda bilavasitə iştirak etmək;
- Əhali arasında mütəmadi monitorinqlərin aparılması nəticəsində əldə olunan nəticəyə əsasən müxtəlif sahələrdəki boşluqları aradan qaldıra biləcək yeni qanun layihələrinin qəbulu ilə bağlı təşəbbüs irəli sürmək;
SOSİAL-İQTİSADİ İNKİŞAF SAHƏSİNDƏ:
- Yeni beznes layihələrin qəbulu, gənc sahibkarların önə çəkilməsi məqsədilə aidiyyatı dövlət qurumlarına təkliflər paketinin hazırlanaraq təqdim olunması;
- Gəncənin sosial-iqtisadi inkişafını təmin edəcək yeni proqram və layihələrin hazırlanması;
- Xarici investorların ölkəmizə, xüsusilə də Gəncə şəhərinə cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edən proqramların hazırlanması;
GƏNCLƏR SİYASƏTİ SAHƏSİNDƏ:
- Gənclərin sosial təminatının gücləndirilməsi, İpoteka, Sahibkarlıq kreditlərindən yararlanması üçün daha yüngül şərtləri özündə ehtiva edən layihənin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi;
- Xüsusi istedad və bacarığa malik gənclərin cəmiyyətə təqdim olunması üçün müxtəlif resurslar vasitəsilə ciddi iş qurmaq, bu istiqamətdə “Tapaq, göstərək!” devizi altında sistemli iş qurmaq;
- Ali təhsilli, lakin işsiz olan gənclərin işlə təmin olunması üçün müxtəlif qurumlara müraciətlərin ünvanlanması;
- Orta və peşə ixtisaslı gənclərin işlə təmin olunması üçün onların istehsalat sahəsinə cəlb edilməsinə yardım etmək;
- Gənclərin asudə vaxtlarının daha səmərəli təşkili üçün mütəmadi olaraq debatların təşkil olunduğu, intellektual oyunların keçirildiyi təşkilat yaratmaq;
- Gənclərin pis vərdişlərdən uzaq olması üçün “Sağlam Gənc, sağlam Azərbaycan!” devizi altında davamlı tədbirlər planı hazırlamaq;
- Gəncədə təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması, şəhərimizdə informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması;
- Gəncənin mədəni-irsi, turizm, arxeoloji potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi;
- Büdcə layihəsinin müzakirəsi zamanı müəllimlərin və həkimlərin maaşlarının və pensiyaların artırılması məsələsini daim diqqətdə saxlamaq, bu istiqamətdə əsaslı çıxışlar etmək;
- Gəncədə dövlət xəstəxanalarına olan inamsızlığı aradan qaldırmaq, daha keyfiyyətli tibbi xidmət üçün paket təkliflər planının hazırlanaraq müvafiq qurumlara təqdim olunması;
- İdmançı gənclərlə bağlı xüsusi qayğı göstərmək, imkansızlıqdan bilik və bacarıqlarını büruzə verə bilməyən gənclərin dəstəklənməsi;
DOSYE: Rüfət Bəxtiyar oğlu Bağırov - 11 oktyabr 1988-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-2007-ci illərdə Gəncə şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr üzrə “Ümumi İqtisadiyyat” (Dövlət iqtisadiyyətinin tənzimlənməsi), 2014-2016-cı illərdə, həmin universitetin magistr dərəcəsi üzrə “Biznesin idarə edilməsi” (MBA) fakultəsində təhsil almışdır.
Karyerasına bir sıra özəl təşkilatlarda mühüm vəzifələrdə işləməklə başlamışdır. Hazırda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi nəznində Bakı Turizm İnformasiya Mərkəzinin direktorudur.
Bakı şəhərinin rəsmi turistik kartı olan “BakuCard”ın ideya sahibi və rəhbəridir.
2018-ci ildən etibarən BMT-nin Ümumdünya Turizm Təşkilatının affiliativ üzvüdür.
2019-cu ildə R.Bağırovun təşəbbüsü ilə Bakıya səfər edən turistlərin işini asanlaşdırmaq məqsədi ilə 3 yeni turist info mərkəzlər açılıb: Beynəlxalq Hava Limanında, Bulvar ərazidində və Nizami küçəsində.
BMT-nın Ümumdünya Turizm Təşkilatının Bakı şəhəri üzrə assosiativ üzvüdür.
2018-ci il sentyabr ayının 27-də Turizm Günündə ölkəmizə səfər edən hər bir qonağa milli şirniyyatımız olan “Şəkərbura” təqdim etməklə tədbir həyata keçirmişdir.
2019-cu ildə Novruz Bayramı ərəfəsində Bakı şəhərinin qonaqları və yerli əhali üçün Novruz Festivalı təşkil etmişdir.
Bakı şəhərində yerli əhalinin və turistlərin marağını cəlb edən “Küçə sənətçiləri” adlı layihəni təşkil etmişdir.
Bakı şəhərində turistlərin ziyarət yerlərini daha da asanlaşdırmaq üçün 2 istiqamətli qrup turları təşkil etmişdir: Atəşgah və Yanardağ, Qobustan.
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün treninqlər təşkil etmiş və tələbələrin məzun olduqdan sonra işlə təmin olunmaları üzrə bir sıra tədbirlər görmüşdür.
R.Bağırov bu il Bakıda keçiriləcək “EURO 2020” Avropa futbol çempionatının, Azərbaycan üzrə turizm sahəsində əsas nümayyəndəsi kimi Budapeşt və Roma şəhərələrində Bakı keçiriləcək oyunlar və Fan festival haqqında görüşlərdə iştirak edib müzakirələr aparmışdır.
Ailəlidir, 1 övladı var.