Keçmiş maliyyə naziri, bir neçə gün əvvəl vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilən Samir Şərifova daha bir vəzifə həvalə edilib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edilib.
Bu qərarla indiyədək baş nazirin digər müavini Əli Əhmədovun tutduğu Koordinasiya Şurasının sədri vəzifəsinə Samir Şərifov təyin edilib.