"Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib".
FED.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
E.Quliyev bildirib ki, bu, Azərbaycan sərhədçisinə göstərilən ciddi etimadın ifadəsidir: "Azərbaycan Respublikasının dövlət sərhədinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil olunması, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunmalıdır".
report.az