Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
FED.az xəbər verir ki, müşavirədə çıxış edən prezident bildirib ki, 2019-cu ili iqtisadi baxımdan uğurlu il saymaq olar. Ötən il iqtisadi artım 2,2%, sənayedə artım 14%, aqrar sektorda 7% təşkil edib.
İlham Əliyev bildirib ki, 2019-cu ildə inflyasiya 2,6% təşkil edib, əhalinin gəlirləri 7,4% artıb. Başqa sözlə, əhalinin real gəlirləri artıb.
Dövlət başçısı qeyd edib ki, vergi-gömrük xidmətləri plandan əlavə 1 milyard manat toplayıb. Bu vəsait hökumət ötən il çox böyük sosial paketi reallaşdırmağa imkan verib.