İndiyədək baş verən təbii fəlakətlər və digər hallarda hökumət və dövlət əhaliyə öz dəstəyini göstərib. O cümlədən bir neçə ay əvvəl İsmayıllı və Şamaxıda baş verən zəlzələ nəticəsində dağılan evlər dövlət hesabına təmir edilərək, yenidən qurularaq sakinlərə verilib.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirib.
Bununla yanaşı, dövlət başçısının sözlərinə görə, bu il və bundan sonrakı illərdə əmakın sığrrtalanması ilə bağlı ciddi addımlar atılmalıdr: «O cümlədən maarifləndirmə işləri aparılmalı, vətəndaşlara bu sahədə atılan addımlar barədə məlumat veriməlidir: «Və hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda bu addımlar ölkəmizin sığorta sisteminin inkişafına da kömək göstərəcəkdir».