Xəbər verdiyimiz kimi, İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
FED.az xəbər verir ki, iclasda səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, Azərbaycanda bütün xəstəxanalar generatorlar ilə təmin edilib, elektrik enerjisi kəsilən zaman bütün xəstəxanalarda generatorlar çalışıb.
Prezident İlham Əliyev bu məlumatın doğru olmadığını bildirdi:
"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. "İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz".
@marja.az