Prezident İlham Əliyev Quba rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərənxam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən Quba rayonunun əhalisi 33190 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusu qazılacaq.
Quyuların layihələndirilməsi və qazılması məqsədilə büdcədən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə 700 min manat ayrılıb.
Quba rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 2 aprel tarixli Sərəncamına
Əlavə
Sıra №-si |
Yaşayış məntəqələri |
Quyuların sayı, ədəd |
Əhalinin sayı, nəfər |
|
Alekseyevka kəndi |
1 |
3687 |
|
Amsarqışlaq kəndi |
1 |
1001 |
|
Birinci Nügədi kəndi |
1 |
9192 |
|
Davudoba kəndi |
1 |
779 |
|
Gədikqışlaq kəndi |
1 |
458 |
|
İkinci Nügədi kəndi |
1 |
11340 |
|
Vəlvələ kəndi |
1 |
1885 |
|
Yalavanc kəndi |
1 |
322 |
|
Zərdabi qəsəbəsi |
2 |
4526 |
Cəmi |
10 |
33 190 |