Prezident İlham Əliyev Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini vəzifəsindən geri çağırıb.
FED.az-ın məlumatına görə, sərəncama əsasən, Adış Sakit oğlu Məmmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.