“Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını gözləyirəm”.
Eləcə də bax: "Bizə demokratiya dərsi - KEÇMƏK İSTƏYİRLƏR..."
FED.az xəbər verir ki, bunu "APA"ya açıqlamasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputat seçilən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
H. Hüseynova deyib ki, Prezidentin sərəncamına qədər Dövlət Komitəsinin sədri kimi vəzifəsini icra edəcək.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri təsdiq edib. Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
Digər tərəfdən, Seçki Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim etməlidirlər. Məhz bu halda onlar deputat vəsiqəsi ala bilərlər.