Ötən il Azərbaycanda ümumi daxili məhsul 1,4% artıb.
FED.az xəbər verir ki, bunu dövlətimizin başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
İlham Əliyev əlavə edib ki, ötən il qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1.5%, kənd təsərrüfatı isə 4,6% artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb. Ölkədə 118 min daimi iş yeri yaradılıb.