Prezident İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Körpü tikintisinə 4 milyon manat ayırdı – SƏRƏNCAM
FED.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.
Prezident 3,5 milyon ayırdı – SƏRƏNCAM
21:11
12 Noy 2018