Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
ELƏCƏ DƏ BAX: İlham Əliyev 2019-cu ilin adını elan etdi
Sərəncamda bildirilir ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq, 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilib.
“Nəsimi ili” elan edilməsi haqqında- SƏRƏNCAM
18:47
11 Yan 2019