Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni səlahiyyət verilib.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.
ELƏCƏ DƏ BAX: İqtisadiyyatı "kölgədən" çıxaracağıq - NAZİRDƏN AÇIQLAMA
Əsasnaməyə əsasən nazirliyin ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ olub. Dəyişikliyə əsasən artıq ETSN məhkəmyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə biləcək.
Nazirliyə yeni səlahiyyət verildi – MƏHKƏMƏSİZ BAĞLAYACAQ
18:55
28 Noy 2018