Vergilər Nazirliyinin KİV-ləri və portallları vergi sanksiyaları hesabına maliyyələşdiriləcək.
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.
Bu Qayda vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.
Dəyişikliyə əsasən bu büdcədənkənar vəsaitdən istifadə istiqamətləri artırılıb. Beləlikə, bundan sonra vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə bu büdcədənkənar vəsaitdən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımının ayrılması üçün də istifadə ediləcək.
Nazirlər Kabinetindən vergi sanksiyaları haqqında – QƏRAR
09:06
20 Sen 2018