Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.
FED.az xəbər verir ki, yeni müşavirlər Hidayət Abdullayev və Samir Vəliyevdir.
Bundan başqa, nazirin daha bir müşaviri də var, bu, Nəsirli Vüsal Zakir oğludur.
Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.