Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” mərkəzi yaradılır.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.