Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək.
ELƏCƏ DƏ BAX: İranın rabitə naziri Bakıya gəlir
FED.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev BƏƏ-nin milli bayramı - Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bildirib.
Nazir deyib ki, "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək: “Artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir".
Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edir ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dollar isə qeyri-neft sektoruna yatırılıb.
Nazirin sözlərinə görə, Azərbaycanın BƏƏ-yə yatırımları isə 330 milyon dollar təşkil edib.
Ş.Mustafayev əlavə edib ki, hazırda BƏƏ-nin təxminən 300 şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Milyonçularımız bu ölkəyə 330 milyon dollar yatırıblar
20:57
3 Dek 2018