Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Qanunun tətbiq edilməsi barədə 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. FED.az xəbər verir ki, yeni fərmanla, sözügedən fərmanın 2.1-2-ci bəndi ləğv edilib.
Qeyd edək ki, həmin maddədə deyilirdi ki, «2.1-2. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş “məqsədli büdcə fondu” dedikdə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu nəzərdə tutulur».