Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi ilə bağlı prezident İlham Əliyevin fərmanında Vergilər və Maliyyə Nazirliklərinin səlahiyyətləri də dəyişdirilib. FED.az xəbər verir ki, adı çəkilən nazirliklərin əsasnamələrinə edilən dəyişikliklərə əsasən, Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri Vergilər Nazirliyinə verilib.
Dəyişikliyə görə, 2009-cu ildən bu günə qədər Maliyyə Nazirliyinin səlahiyyətində olan iki bənd Vergilər Nazirliyinin səlahiyyətinə ötürülüb.
Dəyişiklik Fərmanda aşağıdakı formada deyilir,
1. “Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:
11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;
11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.
2. “Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.
Banker.az bildirir ki, bu bəndlər 2009-cu ildəki fərmandı belə idi:
8.19. aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;